Bel və boyun ağrısından əziyyət çəkən bir çox xəstə, MR sonucu kimi bel və boyun yırtığı diyaqnozu ilə səhv və yanlış müalicə tətbiqi iləyanaşı, uzun müddət müxtəlif həkimlərə müraciət edər, ağrı kəsici dərmanlar qəbul edər, faydasını görmədiklərindən vaxtla yanaşı sağalmaq ümidini də itirirlər.
Halbuki onurğanın arxa üzündə olan qranit oynaqların yaşlanması nəticəsində ortaya çıxan Qranit Sindromuna bağlı bel və boyun ağrısının müalicəsi doğru diaqnoz qoyulduqdan sonra elə də çətin deyil.
Qranit Sindromu xüsusilə 50 yaşından sonra bel-boyun ağrılarının ən sıx görülən səbəbi olmasına baxmayaraq kifayət qədər populyar olmayan, üstəlik hələ də ciddi qəbul edilməyən bir xəstəlikdir.
Onurgamızı formalaşdıran sümük quruluşu, yəni onurğaların arxasında olan qranit oynaqlar onurğanın elastik hərəkət etməsini təmin edirlər. Qranit oynağı həm onurğa içində iştirak etdiyi kanala, həm də onurğa iliyindən aşağı və yuxarı ətraflara uzanan sinirlərin çıxdığı kanala olduqca yaxın yerləşir.
Onurğadakı yaşlanmadan qaynaqlanan kirəcləşmə
Uzun müddət hərəkətsiz oturma və ya ayaqda durmaqdan yaranan onurğa pozuqluğu
Ağır işlərin ya da uyğun olmayan idman məqlərinin nəticəsində
Balanssız yük daşımaq, birdən birə ağır yük qaldırmaq
Onurğa quruluşundakı pozuqluqlar, (skolyoz, kifoz və s.)
Zədələr kimi səbəblərə bağlı olaraq qranit oynaqlarda yaranan qüsurlar şiddətli boyun, kürək və bel ağrılarına səbəb ola bilər.
Qranit oynaq qisminə bağlı ağrılar, bel və boyun yırtığı ağrısı kimi bel və boyun bölgəsində görülür, belin və boynun yan qisimlərinə, qollara, ombaya və ombanın üst qisiminə yayılır.
Bel və boyun yırtığı ağrıları önə əyilərkən artırsa, qranit sindromundan qaynaqlanan bel və boyun ağrları daha çox arxaya əyiləndə və yana dönəndə artar.
Xəstəlik çox irəliləmişsə qranit oynaq qüsurları zamanı onurğa iliyindən çıxan sinirlər də təzyiq altında qala bilirlər və ağrı qollara, ombaya yayılaraq yırtıq ağrısı təsəvvürü yarada bilir.
Test müayinə diqqətlə aparılmamışsa və çəkilən MR nəticələrində yırtıq mövcud isə, Qranit Sindromu diqqətdən kənarda qala bilər və tətbiq olunan müalicə faydasız olar.
Ümumiyyətlə 17-25 yaş arasında görülən Qranit Sindromuna bağlı ağrılarda, çəkilən MR da yırtıq görülərək səhvən yırtıq müalicəsi edilsə ciddi problemlərə səbəb ola bilər. Qranit bölgəsindəki doğuşdan gələn qırıqlar da mütləq nəzərə almalıdır. Bu vəziyyət irəliləyərək iki onurğanın bir-birinin üzərinə sürüşməsinə səbəb ola bilər. Xalq arasında bel açıqlığı və bel sürüşməsi olaraq xatırlanan Lizis, Listezis və Spina bifidanın qranit oynağı və ətrafındakı qisimlərə təsir edən bir problemdir.