Boyun yırtığı; Boyun onurğaları arasında dayanması lazım olan diskin, zəif olduğu bir nöqtədən onurğa iliyi kanalına doğru çıxaraq onurğaya təzyiq etməsidir. Bu basqı əsnasında disk bəzən zərər görməyə, bəzən də parçalanıb onurğa iliyi kanalından aşağı sürüşə bilər. Əməliyyatsız boyun yırtığı ilə ağrılarınızdan asanlıqla xilas olacaqsınız.
Əməliyyatsız boyun yırtığı müalicəsi və əməliyyatsız bel yırtığının əmələ gəlmə səbəbləri arasında; yaşa bağlı onurğa kirəcləşməsi, zədələr (düşmə, avtomabil qəzası zamanı boynun zərblə önə və arxaya hərəkəti) ya da uzun müddət oturaq işdə çalışmaq səbəb olur.
Əməliyyatsız boyun yırtığı müalicəsi aparılacaq xəstəyə diaqnoz qoymaq üçün onun keçirdiyi vəziyyəti dinlədikdən sonra ətraflı müayinə aparılır. Müayinədə boyun yırtığı olması şübhəsiylə nevroloji müayinə ilə yırtığın səviyyəsi haqqında təxmini bilgi əldə edilir. Boyun yırtığı diaqnozu üçün qızıl standart; boyun EMAR-ı olub, boyun yırtığının yeri və vəziyyəti çox dəqiq müəyyən edilir.
Əməliyyatsız boyun yırtığı müalicəsi bərpa və reabilitasiya prosesindən sonra DRX 9000 tətbiqi, daha sonra ehtiyac olan zaman yüksək sıxlıqlı lazer və manual terapiya tətbiq olunaraq bir seanslıq müalicə başa çatmış olur. Müalicə bitdikdən sonra, xüsusi məşq proqramları ilə xəstənin boyun ətrafındakı əzələlər gücləndirilərək, boyun onurğalarına düşən yük azalır. Xüsusilə oturaq çalışan xəstələrin bu məşqlərə aravermədən davam etməsi müalicənin effektini artırır.