Əl reabilitasiyasının məqsədi; yaralanma və ya zədələrdən (barmaq, əl, qol qopması kimi) və əməliyyatlar sonrasında xəstənin itirdiyi funksiyalarını təkrar geri qazandırmaqdır.
Əməliyyatların müvəffəqiyyətlə nəticələnməsi üçün əməliyyat sonrası əl müalicəsinin və bərpa rebilitasiya kursunun davam etməsi zəruridir.
Əməliyyata ehtiyac duyulmayan vəziyyətlərdə, misal üçün, musiqiçilərin peşə xəstəliyi sayılan Overuse sindromu kimi vəziyyətlərdə də əl reabilitasiyası tətbiq olunmaqdadır.
Eyni zamanda ev xanımlarından və oturaq işdə çalışanlardan Karpal tunel sindromu kimi, barmaqlarda yaranan tətik barmaq (triger finger), yenə barmaqlarda yaranan swaneck (qu boynu) deformasiyası, butonier (düymə iliyi) kimi eybəcərliklər atel tətbiq edilməklə və reabilitasiya proqramı uyğulamaqla yanaşı əl terapiyası ilə bərpa edilir.